Blinken Le Drianla Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib

15-11-2021, 12:31           
Blinken Le Drianla Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Le Drian telefon söhbətində Rusiya və Ukraynanın sərhəd bölgəsindəki vəziyyəti müzakirə ediblər. AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Blinken və Le Drian arasında söhbət şənbə günü olub. Onlar Rusiyanın Ukraynada və onun ətrafında narahatedici hərbi fəaliyyətini müzakirə ediblər. Həmçinin, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəklərini ifadə ediblər. Tərəflər İranın nüvə proqramı ilə bağlı da fikir mübadiləsi aparıblart", - Prays əlavə edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin Silahlı Qüvvələrinin Rusiya ərazisində hərəkətləri heç kimin narahatlığına səbəb olmamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru