"Yaxşı ki, "başından vur, düzələcək" demirlər..." - GİLEY
15-11-2021, 11:22
"Bölgələrdə digər internet providerləri olmadığı üçün Aztelekom istifadə edirik. Dünən internet kəsilib, bugün 170-ə zəng edib, mraqlanıram. Sadəcə restart edəcəyik, "söndür-yandır" düzələcək deyirlər". DİA.AZ bildirir ki, bunu Nurlan adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Yaxşı ki, "başından vur, düzələcək" demirlər. Hələ operatorlardan biri sizin telefon borcunuz 10₼ olduğu üçün işləmir demişdi, imternetdə ödəniş portallarında yoxladım, borcum yox idi, sən demə başqa nömrənin borcunu (bəlkə də öz borclarını) deyiblər. Problem hələ də həll olunmayıb. Hara müraciət edə bilərəm?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...