Azərbaycanda DEMOQRAFİK TƏHLÜKƏ: "Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum azalıb"

16-11-2021, 12:31           
Azərbaycanda DEMOQRAFİK TƏHLÜKƏ:
“Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə qədər yüksəlib”.

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev fikir səsləndirib. O bildirib ki, 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub: “Bu isə son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə yüksəlsə də, doğum nəinki artmayıb, hətta azalıb”.

Samir Əliyev əlavə edib ki, dünyada azalma tendensiyası müşahidə olunur: “Yaşlı qrupların payı getdikcə azalır. 1970-ci ildə doğulan körpələrin 22 faizi onların payına düşürdüsə, hazırda bu göstərici azalaraq 7 faizə enib. Əsas yük 20-34 yaş qrupuna daxil olanlardadır. Onların payı 71,4 faizdən, 83,4 faizə yüksəlib. 20-24 yaş arası anaların payının son illər azalmasına baxmayaraq, hələ də ən yüksək həddə (35%) qalmaqdadır. 20 yaşa qədər olarların payı 10 faizə yaxındır”.

İqtisadçının sözlərinə görə, BMT-nin proqnozuna inansaq, 2100-cü ildə əhali sayı 9,1 milyona düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru