Daşınmaz əmlak bazarında SON VƏZİYYƏT

16-11-2021, 19:53           
Daşınmaz əmlak bazarında SON VƏZİYYƏT
“Oktyabr ayı ərzində daşınmaz əmlak bazarında 3.18% azalma müşahidə olunub. Amma ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə 3.10%-lik qiymət artımı qeydə alınıb”.

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov oktyabr ayında daşınmaz əmlak bazarında müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib.

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 1.49%, il ərzində isə 2.12% azalma müşahidə olunub:

“İlkin mənzil bazarında ay ərzində 2.61% azalma, il ərzində 2.21% artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 5.78% azalma, il ərzində 9.34% artım qeydə alınıb.

Kommersiya obyektləri bazarında ay ərzində 1.97 % -lik, il ərzində 11.20% artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 9.24%, ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə, 12.34%-lik azalma qeydə alınıb”.

Mənzillərin kirayəsinə gəlincə, ekspert deyib ki, ay ərzində 1.35% azalma, il ərzində 6.27% artım olub:

“Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 1.60% azalma, il ərzində isə 5.14%-lik artma var.

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 1.97% artım, il ərzində 11.20% artım qeydə alınıb.

Tikinti malları bazarına gəlincə, ay ərzində 1.56% azalma, il ərzində isə 24.97% artım müşahidə edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru