"Bəzən görürsən ki, qadının böyrəyində ciddi problem var və hamiləlik də bunu gücləndirir"

17-11-2021, 07:05           
"Bəzən görürsən ki, qadının böyrəyində ciddi problem var və hamiləlik də bunu gücləndirir"
“Hamiləliklər, istər qeysəriyyə, istərsə də təbii doğuş halları zamanı baş verən ölüm hallarının hər biri fərdi şəkildə araşdırılmalıdır. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda normal hamiləlik tapmaq çox çətindir. Hamiləliyin gedişində müxtəlif infeksiyaların olması, ananın özündə müxtəlif xəstəliklərin olması vaxt gəlir sonda faciəylə nəticələnir”

Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla ana ölümləri haqda danışarkən deyib. Onun sözlərinə görə problemi araşdırmadan burda birbaşa həkimləri ittiham etmək düzgün deyil:

“Ona görə də hər bir hamiləlik planlaşdırlanda daha məqsədəuyğun olur. Hamiləlikdən əvvəl qadın yoxlanılmalıdır, bütün risklər nəzərə alınmalıdır. Bəzən görürsən ki, qadının böyrəyində ciddi problem var və hamiləlik də bunu gücləndirir. Əlbəttə, sonda doğuş zamanı ana ölümü ola bilər. Sonra “hepatit B”nin bəzən gizli gedişi zamanı qaraciyər yetməzliyi olur və bu da ölümə gətirib çıxara bilir. Burda çoxsaylı səbəblər ola bilər və hər biri individual olaraq araşdırılmalıdır. Bütün ölüm halları ümumişdirilməlidir və ondan sonra onun səbəblərini aradan qaldırmaq yolları arana bilər. Yoxsa elə hər ölüm halını həkimin adına yazırıq, buna bir rəng veririk. Əslində isə bu heç bir hüquqi önəm daşımır. Çünki məsələnin doğrudan da qarşısının alınması və hüquqi məsuliyyətinin müəyyən edilməsi üçün hər bir ölüm halı araşdırılmalıdır”.

Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.