Rusiyanın koronavirusa qarşı burun peyvəndi nə qədər effektivdir?

17-11-2021, 07:42           
Rusiyanın koronavirusa qarşı burun peyvəndi nə qədər effektivdir?
Rusiyanın koronavirusa qarşı burundan qəbul edilən peyvəndi yan təsirlərin yaranmasına səbəb olmur.

Bunu Rusiyanın N.F.Qamaleya adına Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib:

“Biz bu günə qədər burun peyvəndinin heç bir yan təsirini müşahidə etməmişik”.

O qeyd edib ki, COVID-19-a qarşı burun peyvəndi altı ayda bir dəfədən çox olmamaqla, bəlkə də daha az müddətdə vaksinasiya lazım olacaq.

Oktyabr ayında Rusiyanın Səhiyyə Nazirliyi Qamaleya Mərkəzinə burun spreyi şəklində koronavirus peyvəndinin klinik sınaqlarının ikinci mərhələsini keçirmək üçün icazə verib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru