Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

17-11-2021, 09:58           
Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO
Qarnı üstə yatmaq onurğa üçün ən zərərli pozalardan biridir.

Bu barədə Rusiyada ixtisaslı nevroloq və manual terapevt, ali dərəcəli həkim, həmçinin “Jit zdorovo!” (“Yaşamaq gözəldir!”) verilişinin aparıcısı Dmitriy Şubin xəbərdarlıq edib.

“Tövsiyə etməyəcəyim poza - qarnı üstə yatmaqdır. İstənilən mütəxəssis bu məsələdə mənimlə razılaşar”, - deyə o bildirib.

Şubinin sözlərinə görə, ya kürəyi üstə, ya da böyrü üstə yatmaq məsləhətdir.

“Böyrü üstə yatarkən yastığın biri qulağın altında, digəri isə dizlərin arasında sıxışdırılmalıdır. Kürəyi üstə yatırsa, o zaman yastıqda çiyin deyil, baş və boynun olması çox vacibdir. Bu zaman ikinci yastıq belin altında olmalıdır”, - deyə o əlavə edib.oxu.az
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru