"Məmurlara arzu edirəm ki, insan hüquqları barədə bilgiləri həbs edilməzdən əvvəl oxusunlar" - Tanınmış vəkildən ÇAĞIRIŞ

10-12-2021, 12:14           
"Məmurlara arzu edirəm ki, insan hüquqları barədə bilgiləri həbs edilməzdən əvvəl oxusunlar" - Tanınmış vəkildən ÇAĞIRIŞ
“MTN-nin keçmiş yüksək vəzifəli şəxsləri olan Mövlam Şixəliyev və qeyriləri məhkəməyə verdiyi vəsatətlərdə, mətbuata çıxışlarında İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməyə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya istinad edirlər.
Çox güman ki, onlar bunu barələrində cinayət təqibi başlandıqdan sonra oxuyublar”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Elçin Sadıqov özünün sosial şəbəkə hesabında yazıb.
O, daha sonra qeyd edir:

“Halbuki, biz dəfələrlə onlara vəsatət və şikayətlər yazaraq insan haqlarını tanıtmağa çalışmışdıq.

Məmurlara arzu edirəm ki, insan hüquqları barədə bilgiləri həbs edilməzdən əvvəl oxusunlar və hörmət etsinlər. Sonra öyrənmək fəsadlara yol açır.

Hər kəsi Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə təbrik edirəm.

Hüququnuz həmişə olsun!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru