Gecə pis yatanlar mütləq oxusun - ARAŞDIRMA

12-12-2021, 07:45           
Gecə pis yatanlar mütləq oxusun - ARAŞDIRMA
ScienceDayli xəbər verir ki, Kolumbiya Universitetinin alimləri yuxu ilə bağlı olan çox maraqlı araşdırmalar aparıblar.

Teref.az xəbər verir ki, alimlər yuxunun insanın qidalanması ilə əlaqəsini öyrəniblər. Araşdırmada 30-a yaxın orta yaşlarda olan insanlar iştirak ediblər.
Araşdırmalar nəticəsində məlum olub ki, çoxlu miqdarda qidalı liflərlə zəngin olan qidaları (meyvə, tərəvəz, göyərti və s.) qəbul edən insanların gecə yuxusu daha yaxşı olur – onlar daha tez yuxuya gedir, daha rahat yatırlar.
Əksinə qidalanmasında az qidalı liflər və çoxlu yağlar və şəkər olan insanlar daha pis və narahat yatır, gecə tez-tez oyanırdılar.
Alimlərin fikirinə görə, qidalanmada müəyyən dəyişikliklər etməklə yuxunu tənzimək mümkündür. Bunun üçün qidalanmaya daha çox meyvə-tərəvəz əlavə etmək, yağlı və şirin qidaların miqdarını azaltmaq lazımdır.
(Milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru