“Omikron”un yeni simptomları MƏLUM OLDU

19-01-2022, 09:31           
“Omikron”un yeni simptomları MƏLUM OLDU
Koronavirusun əvvəlki versiyalardan daha yoluxucu olan “Omikron” ştammının yayıldıqca simptomları da dəyişir.

Böyük Britaniyadan gələn son xəbərlərə görə sözügedən ştamma iki yeni simptom əlavə edilib.

“Omikron”a yoluxanlarda qusma və ürək bulanması ilə üzləşənlərin sayında artım olduğu bildirilir.

Dekabr və yanvar ayları arasında variantı tədqiq edən tədqiqatçılar vurğulayırlar ki, bu simptomlar virusa yoluxmaya işarə etsə də, mütləq koronavirusa yoluxma deyil.

Sözügedən simptomlar bir çox başqa xəstəliklərin nəticəsi də ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, virus yuxarı tənəffüs yollarına hücum edir.

ABŞ-da Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) də ürəkbulanma və qusmanı koronavirusun simptomları arasında qeyd edir. Beləliklə, “Omikron”un əsas simptomları yenilənib: qızdırma və ya titrəmə, öskürək, nəfəs darlığı, yorğunluq, əzələ və ya bədən ağrıları, baş ağrısı, yeni dad və ya qoxunun itirilməsi, boğaz ağrısı, burun tutulması və ya burun axması, ürəkbulanma və ya qusma, ishal.

Mənbə: Hürriyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru