Rusiyanın 14 şirkəti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib

17-02-2022, 12:16           
Rusiyanın 14 şirkəti azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib
Rusiyanın 14 şirkəti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Azərbaycana müraciət edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə bildirilib.

Toplantıda Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru