Mehdiyev istefa ərizəsini nə vaxt təqdim edəcək? – AMEA-dan AÇIQLAMA

17-02-2022, 12:29           
Mehdiyev istefa ərizəsini nə vaxt təqdim edəcək? –
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb.

Qafqaz.media xəbər verir ki, bunu report-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb:

"O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə bu gün o, istefa ərizəsini Prezident İlham Əliyevə təqdim edəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru