“Omikron”un gizli simptomları

18-02-2022, 09:38           
“Omikron”un gizli simptomları
Koronavirusun “Omikron” ştammı burunda deyil, bağırsaqlarda da yerləşə bilir.

Bu qənaətə britaniyalı professor Tim Spektor gəlib.

Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları “Omikron” ştammının gizli simptomlarıdır.

Spektor deyir ki, COVID-19 “Omikron” ştammının gizli simptomlarını sadalayıb və onların arasında mədə-bağırsaq traktının xəstəliklərini qeyd edib. İnfeksiyaya yoluxmuş insanlarda ürəkbulanma, qusma, qarın ağrısı və köp, mədədə yanma hissi və ishal müşahidə edilə bilər. Əgər sizdə bu əlamətlər varsa, həkimlər sizə dərhal özünü təcrid etməyi və koronavirusun olub-olmamasını müəyyənləşdirmək üçün PCR testi keçməyi məsləhət görür.

Mütəxəssis həmçinin bel ağrısı, iştahsızlıq, gecə tərləmələri, çaşqınlıq və gözlərdə iltihaba diqqət yetirməyi tövsiyə edib. O, həmçinin bu əlamətləri “Omikron” infeksiyasının gizli simptomları ilə əlaqələndirib.

Mənbə: The Sun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru