“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir - FOTO

19-04-2022, 11:34           
“WhatsApp”a çoxdan gözlənilən yenilik əlavə edilir - FOTO
“WhatsApp” messenceri “Son görülmə” statusunu artıq müəyyən edilmiş kontaktlardan gizlətməyə imkan verən yeni seçimi sınaqdan keçirir. Seçim hazırda “beta” versiyalarındadır.

Qeyd edilir ki, dünyanın ən məşhur mesajlaşma proqramlarından birinin istifadəçilərinin əksəriyyəti çoxdan belə parametr arzusunda idi.

Bu yeniləmə həm də profil şəklini və “Haqqımda” bölməsini müəyyən kontaktlardan gizlətməyə imkan verir. Bunun üçün “Parametrlər” > “Hesab” > “Məxfilik” > “...dan başqa kontaktlarım” bölmələrindən keçilməli və adlar qeyd edilməlidir.

Mənbə: Techspot












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.