"Məlum oldu ki, həmin yağın qarğıdalı yağı ilə heç əlaqəsi yoxdur" - Ekspert danışır

20-04-2022, 12:37           
"Məlum oldu ki, həmin yağın qarğıdalı yağı ilə heç əlaqəsi yoxdur" - Ekspert danışır
"Məlum oldu ki, həmin yağın qarğıdalı yağı ilə heç əlaqəsi yoxdur"
İngiltərənin DeMonfort Universiteti tərəfindən aparılan araşdırmaya görə, bitki yağlarında - qarğıdalı, günəbaxan, palma yağlarında qızardılan yeməklərin tərkibində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən norma kimi qəbul edilmiş aldehid miqdarından 200 dəfə çox aldehid var.
Araşdırmaya görə, yeməkıəri donuz yağı və kərə yağı ilə bişirən zaman daha az miqdarda aldehid yaranır. Elm adamlarına görə, Hindistan cevizi yağı daha çox faydalıdır. Bitki yağlarının faydaları və zərərləri haqqında müxtəlif zamanlarda müxtəlif araşdırmalar aparılıb.

Bəzi araşdırmalara görə, bitki yağları ürək çatışmazlığı xəstəliklərinin qarşısını alır, xolesterolu azaldır. Ancaq bu yağlar xolesterolu azaltmasına baxmayaraq sağlamlıq və metobolizma üçün zərərli ola bilər. Bitki yağları insanların qidalanmasındakı Omega 6 yağ turşularının ən böyük qaynağıdır. Omega 6 yağ turşusu xüsusilə linolein turşusu baxımından yüksəkdir. Bu yağ turşusu həddən artıq qəbul edildiyi təqdirdə bir çox problemlərə səbəb olur. Linolein turşusu hüceyrə membranlarında yaranır. Yağlar sadəcə enerji qaynağl deyil, eyni zamanda bəzi bioloji aktivliyə sahibdirlər və bəzilər insan orqanizmdə qalır. Linolein turşusu bədənin yağ hüceyrələrində olduğu kimi hüceyrə membranlarında yığılır.

Araşdırmalara görə, daha çox omega 6 qəbul edən insanlarda ürək çatışmazlığı riski 16 faiz artmış olur. Mütəxəssislərin fikrincə, bitki yağları bişirmə üçün tövsiyyə edilmir. Çünki bişirilmə zamanı bitki yağlarının tərkibində olan yağ turşuları oksigenlə reaksiyaya girməyə meyilli olur. Bişirmə zamanı bitki yağlarının tərkibində müxtəlif xəstəliklərə səbəb olan birləşmələr yaranır. Bu zərərli birləşmələrin bəziləri buxarlanır və nəfəslə birlikdə ağciyər xərçənginə yol açır. Bitki yağlarının istifadə edildiyi bir mətbəxə daxil olmaq ağciyər xərçəngi riskini artıra ilər.

Araşdırmalar zamanı, bitki yağlarının istifadəsi ilə zorakılıq hallarının arasında güclü bir əlaqə aşkarlanıb. Dia.az-ın məlumatına görə, “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda olan bitki yağları ilə bağlı daim problem yaşanır: “Bir neçə il öncə biz Rusiyadan gətirilən qarğıdalı yağının ekspertizasını keçridik. Məlum oldu ki, həmin yağın qarğıdalı yağı ilə heç əlaqəsi yoxdur və onlar bu yağı Azərbaycana gətirən şirkəti də aldadırlar. Hazırda həmin yağların bazarda olub-olmamsından xəbərim yoxdur”.

E.Hüseynov qeyd edib ki, Azərbaycanda istehsal edilən zeytun yağları istisna olmaqla bitki yağı istehsalı 3-5 faiz arasındadır. Onun sözlərinə görə, bitki yağl istehsal edən yerli şirkətlər onun xammalını xaricdən gətirirlər.

“Birbaşa əkinçilikdən bitki yağına çevrilmə 3 faizdən artıq deyil. Bu da hidrolizasiyadan keçməyən təmizlənməmiş yağlardır. Bura soyuq sıxılmış müxtəlif bitki yağları fındıq yağı, küncüt yağı və s. Çox az miqdardadır” - deyən ekspert bildirir ki, Azərbaycanın bitki yağı bazarı xaricdə istehsal edilən yağlardan asılıdır. Keyfiyyətinə gəldikdə isə, o qeyd edib ki, yerli zeytun yağlarını Azərbaycanda bir neçə firma istehsal edir. Və bu yağlar kifayət qədər keyfiyyətli yağlardır. Onlar da bazarda çox kiçik paya malikdir. Yerli istehsal olan zeytun yağları bazarda 10 faizdən azdır.

“Keyfiyyət isə araşdırılmalıdır. Qidanın təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət etsə də, keyfiyyət məsələsi ümumiyyətlə masanın üzərində qalıb. Keyfiyyətlə demək olar ki, heç bir dövlət qurumu məşğul olmur.

2021-ci il mayın 18-də ərzaq mallarının sertifikatlaşdırılması ləğv olundu. Nazirlər Kabinetinin 343 saylı qərarı ləğv olundu. Ölkədə sertifikat verən ayrıca orqan Sertifikat İnstitutu var. Amma bu qurum demək olar ki, qida məhsullarının keyfiyyətinə nəzarət edə bilmir. Sertifikatlaşma ləğv olunduğu üçün qurumun bu səlahiyyəti yoxdur. O qərar, çox əhəmiyyətli qərar idi. Hökumət o qərarı ləğv etməklə çox böyük səhv etdi. 343 syalı qərar, Təhlükəsizliyi təmin edilən mallar siyahısı idi. Çoxsaylı mallar və qida məhsulları da ora daxil idi. Düşünürəm ki, bu qərar bərpa olunmalıdır” - deyə Eyyub Hüseynov əlavə edib.

Mövzu ilə bağlı adı qeyd olunan qurumlara sorğu göndərilib. Cavablandırıldığı təqdirdə, qurumların mövqeyini sizinlə bölüşəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.