COVID-19-dan sonra nadir “fil xəstəliyi” barədə xəbərdarlıq edildi

21-04-2022, 10:07           
COVID-19-dan sonra nadir “fil xəstəliyi” barədə xəbərdarlıq edildi
Koronavirusa yoluxduqdan sonra insanda postkovid sindromunun nadir təzahürü olan “fil” xəstəliyi yarana bilər.

Bu barədə allerqoloq-immunoloq Vladimir Bolibok xəbərdarlıq edib.

Mütəxəssis izah edib ki, nadir xəstəlik limfa sisteminin zədələnməsi və onun iltihabı nəticəsində yaranır. Onun sözlərinə görə, “fil” xəstəliyinin başqa bir adı “elefantiaz”dır.

“Məndə belə bir təəssürat yaranır ki, bu, artıq mövcud problemlərin kəskinləşməsi nəticəsində yaranır”, - deyə Bolibok bildirib.

Onun sözlərinə görə, xəstələr “Delta” ştammı zamanı bağırsağın mezenteriyasında limfa düyünlərinin iltihabı ilə əlaqədar qarın nahiyəsində, “Omikron”da isə boyunlarında limfa düyünlərinin iltihabı səbəbindən boğazda şiddətli ağrılardan şikayətləniblər.

Mənbə: Ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru