“Tərtər İşi”nə görə təkcə prokurorluq ittiham olunmamalıdır - VƏKİL ZABİL QƏHRƏMANOV DEYİR Kİ...

25-04-2022, 11:28           
“Tərtər İşi”nə görə təkcə prokurorluq ittiham olunmamalıdır - VƏKİL ZABİL QƏHRƏMANOV DEYİR Kİ...
“Tərtər İşi” ilə bağlı yenilənmiş.istintaq qrupunun açıqlaması 400-ə yaxın hərbçimizin işgəncələrə məruz qalmasını rəsmən təsdiqlədi.

Amma buna baxmayaraq, tənqidlər hələ də davam edir.

“Tərtər İşi”ndə vəkil kimi proseslərin içində olan Zabil Qəhrəmanov Gununsesi.info-ya açıqlamasında bu mövzudan danışıb:

“Tərtər hadisələrindən çox yazılır. Həmin vaxtlar ən çox təzyiq edilən vəkillərdən biri mən olmuşam. Mənim haqqımda kollegiyaya məlumat verilməsi ilə hədələnirdim. “”Tərtər olayları”nın bu vəziyyətə çatmasının səbəbi məhkəmə hakimiyyətinin müstəqil olmamasından və prokurorlukdan asılı olmasından irəli gəlib. Əgər müstəqil məhkəmə sistemi mövcud olsaydı, “Tərtər İşi” ndəki ədslətsizlik dünya səviyyəsində bizə iradlara gətirib çıxarmazdı”.

Vəkil deyir ki, həmin hadisələrdə təkcə prokurorluğu ittiham etmək doğru deyil:

“Sual olunur ki, prokurorluğun vermiş olduğu ittihamı təsdiq edən məhkəmələr niyə ittiham edilmir? Məhkəmələr nə qədər müstəqil olmayıb belə faciələrin şahidi çox olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru