Neft Fondu 1 milyard dollarlıq zərəri... - ARAŞDIRMA
27-04-2022, 11:15
.
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Fondu 2022-ci ilin birinci rübündə 1,6 milyard manatdan yuxarı zərərlə üzləşib. Fondun rüb üzrə gəlir-xərclərə dair açıqlamasında zərərin hansı investisiya alətləri üzrə qeydə alındığı ümumi qeyd olunsa da, detallı açıqlama verilməyib. Buna görə də quruma müraciət edərək, zərərin məhz hansı mənbələrdən yarandığını öyrənməyə çalışdıq.
Fonddan müvafiq sorğumuza verilən cavabda qeyd olunur ki, ARDNF qlobal investor olmaqla həm müxtəlif regionlar, həm də müxtəlif maliyyə alətləri və valyuta növləri üzrə şaxələndirilmiş investisiya portfelinə malikdir: “Bu çərçivədə, ARDNF-nin investisiya portfelinin təqribən 70 faizini inkişaf etmiş ölkələrə investisiyalar, o cümlədən sabit gəlirli qiymətli kağızlara və birjada kotirovka olunan səhmlərə yatırımlar təşkil edir. ARDNF-nin investisiya portfelinin gəlirliliyinə də böyük həcmdə töhfə verən məhz bu aktivlərdir və onların da gündəlik qiymətləri qlobal maliyyə bazarında cərəyan edən proseslərə olduqca həssas reaksiya göstərir. Məlumunuz olduğu kimi, son dövrlərdə dünyanın aparıcı iqtisadiyyatlarında baş verən ləngimələr və inflyasiyanın artan göstəricisi, eləcə də inkişaf etmiş ölkələrdə aparılan monetar siyasətlərin nəticələri barədə mümkün tərəddüdlər maliyyə bazarlarında qeyri-müəyyənliklərin yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, son dövrlərdə geosiyasi müstəvidə baş verən gərginliklər də maliyyə bazarlarında dalğalanmaların güclənməsinə təkan vermişdir. Təbii olaraq, baş verən proseslər qlobal investor olan ARDNF-nin investisiya portfelinə də təsirsiz ötüşməmişdir. Beləliklə, cari ilin birinci rübündə ARDNF-nin investisiya portfelinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyişkənliyindən yaranan mənfi fərq qlobal maliyyə bazarlarındakı mövcud vəziyyət fonunda yuxarıda da vurğulandığı kimi, investisiya portfelinin gəlirliliyində əsas pay sahibi olan sabit gəlirli qiymət kağızlar və səhm altportfellərindəki enmələr səbəbindən yaranmışdır”.
Məlumdur ki, Ukraynaya qarşı hücuma başlayan Rusiya Qərb dövlətlərinin kəskin sanksiyaları ilə üzləşməkdədir. Bu ölkəyə məxsus dövlət qiymətli kağızlarının dəyəri minimuma enib. Bu baxımdan, fondun zərərində Rusiya dövlət qiymətli kağızlarının payı varmı? Fond bu kağızlara yatırım edibmi? Qurumdan bildirildiyinə görə, inkişaf etmiş ölkələr əsas olmaqla müxtəlif region və maliyyə aktivləri üzrə yatırımlarla yanaşı, ARDNF həm də Rusiyaya investisiyalar həyata keçirib: “Belə ki, fond tərəfindən Moskva şəhərinin ”Tverskaya 16" ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzində və Rusiya Bank VTB ASC-də uyğun olaraq 2012 və 2013-cü illərdə yatırımlar edilmişdir və sözügedən yatırımların ARDNF-nin investisiya portfelində 1-ci rübün sonuna olan həcmi 0.3 faiz təşkil etmişdir. Nəzərinizə çatdıraq ki, ARDNF-nin Rusiyaya yatırımları yalnız adıçəkilən investisiyalardan ibarətdir".
ARDNF-dən qeyd edirlər ki, qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar bütün investorlara, o cümlədən institusional investorlara öz təsirini göstərməkdədir: “Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişənin fonunda isə Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına bu təsir daha böyük olmuşdur. Lakin bir daha bildirmək istərdik ki, ARDNF onun məqsəd və vəzifələrindən irəli gələn fəaliyyətinin səmərəli şəkildə icrası üçün müxtəlif risk faktorları, o cümlədən geosiyasi risklər nəzərə alınmaqla tarazlaşdırılmış və olduqca şaxələndirilmiş investisiya portfelinə sahibdir və bu portfel üzrə onun sayı on minlərlə ölçülən individual investisiya mövqeləri vardır. Nümunə üçün qeyd edək ki, özündə minlərlə individual səhm mövqelərini birləşdirən qabaqcıl səhm indekslərində cari ilin ilk rübü ərzində 6-7 faiz həcmində geriləmələr müşahidə olunmuşdur. Bildirək ki, ARDNF-nin investisiya portfeli uzrə də gəlirlilik hər hansı bir individual yatırım üzrə deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə də ictimaiyyət vaxtlı-vaxtında məlumatlandırılır. Xüsusilə ARDNF-nin illik hesabatlarında gəlirlilik üzrə olduqca ətraflı dəyərləndirmələr öz əksini tapır”.
Maraqlıdır ki, ARDNF 2021-ci ildəki investisiya siyasətinin nəticələrinə dair məlumatı hələ də açıqlamayıb. 2022-ci ilin birinci rübünə dair belə məlumatı isə bir neçə gün əvvəl açıqlayıb. Həmin məlumatdan aydın olur ki, 2022-ci il martın 31-i vəziyyətinə fondun aktivlərinin 70 faizi ABŞ dolları (bunun 6 milyard 287,4 milyon dolları, yaxud 13,9 faizi qızıl investisiyasıdır), 19,5 faizi avro, 4,8 faizi ingilis funt-sterlinqi, 1,3 faizi Çin yuanı, 1,1 faizi yapon yeni, 0,4 faizi türk lirəsi, 0,3 faizi Rusiya rublunda olub.
İlk üç ayda fondun aktivləri fevralda yanvara nisbətən 239 milyon dollar artsa da, mart ayında heç bir dəyişiklik qeydə alınmayıb. Halbuki yanvar-mart aylarında fondun neft sazişlərinin icra olunmasından 4,6 milyard manatdan yuxarı gəliri olub.
Qeyd etdiyimiz kimi, fond 2021-ci ildəki investisiya siyasətinin nəticələrini açıqlamayıb. Bununla bağlı sonuncu məlumat 2021-ci ilin 9 ayını əhatə edir. Həmin məlumatdan aydın olur ki, ötən ilin 9 ayının yekununda Rusiya rublunda 309,6 milyon dollar vəsait olub (ümumi aktivlərin 0,7 faizi). 2022-ci il martın 31-nə Rusiya rublunda olan vəsaitlər kəskin azalaraq 135,8 milyon dollara düşüb. Eyni dövrdə Türkiyə lirəsindəki vəsaitlərin həcmi 265,4 milyard dollardan 181 milyon dollara qədər, yapon yenində olan investisiyaların həcmi 619,2 milyon dollardan 497,9 milyon dollara qədər azalıb.
Qeyd olunan dövrdə qızıl investisiyaların dəyərində 621,6 milyon dollar artım baş verib ki, bu da dünya bazarında qızılın qiymətindəki bahalaşma ilə bağlıdır.
Fondun dollarda olan aktivləri qızıl istisna olmaqla, 2021-ci ilin 30 sentyabrına 24 milyard 894,4 milyon dollar, 2022-ci il martın 31-də 25 milyard 396,9 milyon dollar təşkil edib ki, bu da 502,5 milyon dollar artım deməkdir.
Fondun istiqraz və pul bazarı alətlərinə yatırılan vəsaitlərinin həcmi 2021-ci il sentyabrın 30-da 27 milyard 906,6 milyon dollar, 2022-ci il martın 31-də isə 28 milyard 18 milyon dollar olub. Hesabat dövründə səhmlərə investisiyalar 8 milyard 5 milyon dollardan 8 milyard 102 milyon dollara, daşınmaz əmlaka investisiyalar 2 milyard 653,6 milyon dollardan 2 milyard 715,8 milyon dollar yüksəlib.
Ötən 6 ayda Neft Fondu ilk dəfə olaraq Afrikaya da investisiya edib. Bu investisiyaların həcmi 45,3 milyon dollar təşkil edir. Teref.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, cari gəlirləri aktivlərin dəyərinə daxil etməsi nəticəsində fondun itkilərinə dair dəqiq təsəvvür əldə etmək mümkün deyil: “Buna görədir ki, 2021-ci ilin 9 aylıq nəticələri ilə 2022-ci ilin birinci rüb nəticələrini müqayisə etdikdə fondun demək olar ki, bütün investisiya alətləri üzrə gəlir əldə etdiyi görüntüsü yaranır. Məsələn, son 6 ayda səhm portfelinin həcminin təxminən 97 milyon dollar, istiqrazlar və pul alətləri üzrə 111 milyon dollar, daşınmaz əmlak üzrə 198 milyon dollar, qızıl üzrə 631 milyon dollar artım var. Düzdür, ayrı-ayrı valyutalar üzrə azalma var: rublda 170 milyon, lirədə 80 milyon dollar və sair. Amma digər valyutalardakı artım bunu kompensasiya edir. Məsələn, ABŞ dollarında təxminən 1,1 milyard dollar, avroda 200 milyon dollar artım var və sair. Yəni bunlar aktivlərdəki azalmanı cari büdcə gəlirlərindən çıxmaqla investisiyalardan olan zərəri arxa plana keçirməyə çalışırlar. Bu təhrif olunmuş yanaşma alətlər üzrə baş verən dəyişiklikləri izləməyə imkan vermir”.
R.Ağayev bildirir ki, ARDNF gəlirliliyini “MSCI Stock Market Indexes” indeksi əsasında müəyyən edir: “Bu indeks 23 inkişaf etmiş, 24 inkişaf etməkdə olan ölkələrə məxsus 20 mindən artıq şirkətin səhmləri əsasında gəlirliyi müəyyənləşdirir. Bu, qlobal səhm bazarını 85 faiz əhatə edir. Mən bu indeksin son 3 aylıq göstəricilərinə baxdım. Onun əhatə etdiyi şirkətlərin ümimi kapitalizasiyası təxminən 23 faiz aşağı düşüb. Bu qədər düşmənin qarşılığında bizim Neft Fondunun səhm paketində nəinki azalma yoxdur, hətta artım var. Bu da ondan irəli gəlir ki, aktivlərdəki azalmanı cari gəlirlərdən çıxmaqla gizlətməyə çalışırlar. Bu isə fondun investisiya alətləri üzrə dəyişmələri izləməyə imkan vermir.
ARDNF-nin büdcə icrası ilə bağlı Hesablama Palatasının hazırladığı rəydə fondun investisiya fəaliyyəti ilə bağlı açıqladığı bəzi detallı məlumatlara çıxış imkanı yaradır. Məsələn, borc öhdəlikləri və pul bazarı portfelinin həm alətlər, həm valyutalar üzrə bölgüsü, həm də hər bir alət üzrə mütləq ifadədə gəlirlərin həcmi və gəlirlilik səviyyəsi barədə informasiyalar açıqlanır. Yaxud fondun hesabatında “digər valyutalar” adı altında təqdim olunan aktivlərin dəyəri Palatanın rəyində hər bir valyuta növü üzrə dəqiq məbləğlər göstərilməklə açıqlanır.
Hesablama Palatası öz rəyində sabit gəlirli aktivlərin (borc kağızları, depoztilər və s) növləri, onların hər biri üzrə gəlirlər və gəlirlilik səviyyəsi il bağlı daha detallı məlumatlar açıqlayır. Beynəlxalq təşkilatların və agentliklərin emissiya etdiyi borc kağızları, korporativ və suveren istiqrazlar, pul bazarı alətləri və depozitlər üzrə yatırımların həcmi, il ərzində ayrı-ayrılıqda onların hər birindən fonda çatan gəlirlər barədə detallı məlumatlar ictimaiyyətə təqdim edilir".
Ekspertin fikrincə, ARDNF öz fəaliyyəti, aktivləri və investisiya siyasəti barədə dəqiq və detallı məlumatlar açıqlamalıdır.