“Dərhal xilas etməliyik”: Mariupoldakı “Azovstal”da iki min mülki şəxs var
27-04-2022, 10:29
![“Dərhal xilas etməliyik”:](/uploads/posts/2022-04/1651040414_1.jpg)
Mariupolda "Azovstal"da azı iki min mülki şəxs var. Onların arasında qadınlar, uşaqlar, qocalar və çoxlu yaralıların olduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası "Telegram"da məlumat verib.
Bildirilir ki, insanlar dəhşətli vəziyyətdədir, dərman yoxdur, su və qida ilə bağlı vəziyyət fəlakətlidir. Verilən məlumatda bildirilir ki, insanları dərhal xilas etmək lazımdır.
"Metallurgiya zavodunda ən azı iki min mülki şəxs var. Qadınlar, uşaqlar və qocalar. Çoxlu yaralı var. Onlar orada antisanitar və dəhşətli şəraitdə qalıblar. Dərmanları tükənib. İçməli su və qida ilə bağlı fəlakətli vəziyyət yaranıb. Onları dərhal xilas etməliyik, bu, bir insanlıq vəzifəsidir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya soxulub. Daha sonra Mariupolda işğalçıların qarşısı kəsilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, rus işğalçıları Mariupola artilleriya və hava zərbələri endirməkdən əl çəkmirlər. “Azovstal” zavodu ərazisində də Ukrayna qoşunlarının bölmələrinin blokadası davam edir.
Mariupolda düşmənlə şiddətli döyüşlər davam edir. Müdafiəçilər şəhərin siyasi və ya hərbi yolla azad ediləcəyinə ümid edirlər. Rəsmi məlumatlara görə, artıq Mariupolda 20 mindən çox insan həlak olub.