“Rusiya iqtisadiyyatını 9 faiz geriləmə gözləyir” – “Vedomosti”

28-04-2022, 07:59           
“Rusiya iqtisadiyyatını 9 faiz geriləmə gözləyir” – “Vedomosti”
Rusiya İqtisadi İnkişaf Nazirliyi yeni makroproqnozla çıxış edib. Onlar total sanksiyalar altına düşən iqtisadiyyatın 2022-ci ildə baza ssenarisində 8,8 faiz enməsini gözləyirlər.

Bu barədə öz mənbələrinə istinadla «Vedomosti» qəzeti yazıb.

KİV-in məlumatına görə, bu il Rusiyada inflyasiya 20 faizə çata bilər. Belə ki, proqnozun sosial-iqtisadi inkişafın baza ssenarisi ehtimal edir ki, Rusiyada ÜDM 2022-ci ildə 8,8 faiz enəcək (sonrakı artım 1,3 faiz - 2023-cü ildə), 2024-cü ildə 4,6 faiz artım, 2025-ci ildə 2,6 faiz artımla. Bu zaman inflyasiya 2022-ci ildə 20 faiz səviyyəsindən yüksək proqnoz edilir, 2023-cü ildə 6,2 faiz, 2024-cü ildə 4,0 faiz.

Eyni zamanda, proqnozun konservativ ssenarisi ÜDM enməsini 2,1 faiz (2023-cü ildə enmənin 1,0 faiz davam etməsi ilə) proqnoz edir.

Proqnozda neftin orta illik qiyməti 2022-ci ildə 82,6 dollar/barrel, 2023-cü ildə 75,2 dollar/barrel, 2024-cü ildə 61,2 dollar/barrel götürülüb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru