Ən çox radiasiya yayan smartfonların SİYAHISI

29-04-2022, 10:54           
Ən çox radiasiya yayan smartfonların SİYAHISI
Almaniyanın Radiasiyadan Mühafizə üzrə Federal İdarəsinin mütəxəssisləri müasir smartfonları tədqiq etdikdən sonra ən təhlükəli smartfonların siyahısını tərtib ediblər.

Teref.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, radiasiya telefonla danışarkən, hətta telefon cibimizdə və ya əlimizdə olanda belə bizə təsir edə bilir.

Hər kiloqram üçün 2 vatt doza zərərli radiasiya diapazonunun başlanğıcı hesab edilir.

Tədqiqatçılar Rumıniyanın məşhur mobil brendlərindən sayılan “Allview – P7 Pro” smartfonunun daha çox radiasiya yaydığını qeyd ediblər. Məşhur “Motorola Edge” isə bu siyaıda ikinci olub.

Beləliklə, daha çox radiasiya yayan müasir smartfonların ilk beşliyini təqdim edirik:

1. “Allview - P7 Pro” – (1,82 Vt/kq)

2. “Motorola Edge” – (1,79 Vt/kq)

3. “Allview - X4 Soul” – (1.65 Vt/kq)

4. “Wiko - JERRY3” – (1.61 Vt/kq)

5. “ZTE - Axon 11 5G” – (1.59 Vt/kq)

Qeyd edək ki, “iPhone 13” (0,99 Vt/kq) və “Samsung Galaxy S21 Ultra” (0,71 Vt/kq) da radiasiyaya malik smartfonlar arasında yer alıb. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru