65 yaşlı kişi oğlunu niyə öldürüb? -

3-05-2022, 00:04           
65 yaşlı kişi oğlunu niyə öldürüb? -
Bu gün Qubada 65 yaşlı kişinin oğlunu qətlə yetirməsinin təfərrüatı məlum olub.

Teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı oğlu Sərraf Vahabovu ürək nahiyəsindən bıçaqlayaraq öldürən Nüsrət Vahabov hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Belə ki, səhər saatlarında N.Vahabov oğluna yaşadığı Qarabağ küçəsindəki evin həyətindəki bəzi işləri görməsini tapşırıb. Lakin Sərraf atasının dediyi işləri görməyib.

Nəticədə, axşam saat 19 radələrində ata ilə oğlu arasında münaqişə baş verib. Sərxoş halda olan N.Vahabov bıçaqla oğlunun döş qəfəsinə 1 zərbə endirib və ürəyindən ölümcül xəsarət alan Sərraf hadisə yerində vəfat edib.

Bildirilir ki, ailədə Sərraf Vahabovun davranışları ilə bağlı mübahisələr tez-tez baş verirmiş.

Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru