Gənclər və İdman Nazirliyində qrant maxinasiyası olub?
4-05-2022, 15:32
Cebhe.info xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA-ya müsahibəisində APA əməkdaşının " Gənclər və İdman Nazirliyinin (GİN) maliyyələşdirdiyi layihələrlə bağlı bir çox narazılıqlar olub.
QHT-lərlə yanaşı, hətta bir MMC-yə də qrant verildiyi üzə çıxmış və mətbuatda bu barədə geniş yazılıb. Hesablama Palatası GİN-də kənar dövlət maliyyə nəzarəti zamanı nazirliyin donor kimi fəaliyyətini araşdırıb?" sualına cavab verib.
"Hazırda Gənclər və İdman Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri gedir. Suala cavab vermək üçün prosesin yekunlaşması, nəticələrin kollegiyada müzakirə edilərək rəsmiləşdirilməsi tələb olunur".