Bakıda bu məhsullar bahalaşdı

5-05-2022, 09:04           
Bakıda bu məhsullar bahalaşdı
Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz artaraq, 6301 milyon manat olub.

KONKRET.az xəbər verir ki, bu haqda Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2664,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.