Dollar sürətlə bahalaşır: son 20 ilin ən yüksək həddində

6-05-2022, 11:58           
Dollar sürətlə bahalaşır:
ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb.

"Ölkə.Az"ın məlumatına görə, dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Belə ki, səhm satışının aşağı düşməsi təhlükəsiz valyutaya tələbi artırıb. Həmçinin ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətini sərtləşdirəcəyi gözləntiləri də bahalaşmaya təsir edib.

Funt sterlinq isə İngiltərə Bankının faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmasından, lakin iqtisadiyyatın tənəzzül riski ilə üzləşdiyi barədə xəbərdarlıq etdikdən sonra 2020-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru