Azərbaycanda həkimlər ölümcül xəstəni küçəyə atdı - YAXINLARI ONU AXTARIR

6-05-2022, 17:06           
 Azərbaycanda həkimlər ölümcül xəstəni küçəyə atdı - YAXINLARI ONU AXTARIR
"Qadın nəinki gəzə, heç ayaq üstdə dura bilmirdi. Təcili yardım maşınına xərəkdə mindirmişdik"

Bunu sosial şəbəkə hesabında jurnalist Rumiyyə Miraslan qeyd edib. O küçədən ölümcül vəziyyətdə tapdıqları gənc qadını polislə birlikdə 3 saylı təcili tibbi yardımın həkimlərinə təhvil verdiyini qeyd edib. Lakin xəstəyə qarşı qeyri-insani münasibət göstərilib:

"Dünən bu qadını polislə birlikdə 3 saylı təcili tibbi yardımın həkimlərinə təhvil vermişik, aparıblar xəstəxanaya. Hələ nə qədər yalvarmışam ki, atmayın küçədə. Ancaq sən demə həmin həkim bu dünyadakı ən şərəfsiz, vicdansız, əxlaqsız qadin imiş. Çünki qadını aparıb hardasa atıb çıxıb gediblər. Təcili Tibbi Yardima zəng edirəm, deyirlər həmin xəstəyə küçədə yardim göstərilib. (Yəni biz xəstəni təcili yardıma mindirib gönderməmişik) Baş həkimin müvani Nərminə xanim isə deyir ki, xəstəni aparıblar Respublikanski xəstəxanaya, orda deyiblər ki, xəstənin xəstəxanalıq heç nəyi yoxdur (halbuki qadının nə halda olduğu şəkillərdən də aydın görünür) və aparıblar 21-ci polis bölməsinə ki, guya harasa yerləşdirilsin, bölmədə də qadına sahib çıxmayıblar, qadın özü çixib harasa gedib. Halbuki qadın nəinki gəzə, heç ayaq üstdə dura bilmirdi. Təcili yardım maşınına xərəkdə mindirmişdik.

Təsəvvür edirsiz, qadının ailəsi tapılıb, qızına sahib çıxmaq istəyir, evə aparmaq istəyirlər, amma mən qızı tapa bilmirəm. Bəlkə də hardasa ölüb, təcili yardımın həkimi öldürüb onu. Xahiş edirəm, aidiyyəti qurumları tag edin, Vüsaləni tapaq, ailəsinə verək. (Əgər sağ qalıbsa)

Respublikanski xəstəxananın baş həkiminin müavini Mahir doktorla danışdım, araşdırdi və bildirdi ki, onlara ümumiyyətlə belə xəstə gətirilməyib".

P.S. Gənc qadının yaxınları tapılıb. Lakin Azərbaycan Səhiyyəsinin adına ləkə olan "həkimlər" peşə və insani borcunu yerinə yetirməyərək, yaralı şəxsi küçədə atıb gediblər. Hazırda həmin gənc qadın tapılmır. Jurnalist həmkarımızın da dediyi kimi bəlkə də həmin qadın ölüb və ya onu təcili yardımın həkimi öldürüb...Digər tərəfdən isə baş həkimin müavani Nərminə adlı şəxs yalan məlumat verərək, xəstənin Respublika xəstəxanasına aparıldığını iddia edir. Lakin sonradan Respublika xəstəxanasının baş həkiminin müavini bunun yalan olduğunu qeyd edir. Ümid edirik ki, aidiyyatı yuxarı qurumlar məsələni araşdıracaq və bu hadisədə əli olan şəxslər ən sərt şəkildə cəzalandırılacaq. //hurriyyet.az//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.