Amerikalı tədqiqatçı: “Yeni növ koronavirusun ABŞ-dakı laboratoriyalarda hazırlanması ehtimalı var”

17-06-2022, 12:49           
Amerikalı tədqiqatçı:
Yeni növ koronavirusun (COVID-19) ABŞ-dakı laboratoriyalarda hazırlanması ehtimalı var.

Bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Kolumbiya Universitetinin professoru Jeffrey Sachs bildirib.

Kolumbiya Universitetinin professoru çıxışında ilk dövrlər yeni növ koronavirusun təbii yolla ortaya çıxdığını düşündüyünü bildirib. Ancaq tədqiqatçı pandemiyanın sonunda bu virusun ABŞ-dakı laboratoriyadan sızma ehtimalının da ola biləcəyi qənaətinə gəlib.

“ABŞ və Çin indiyə qədər bu virusun mənşəyi ilə bağlı şəffaf olmayıb”, - professor vurğulayıb.

Jeffrey Sachs Ümumdünya Səhiyyə Fondunun yaradılmasını da vacib sayıb: “Kasıb ölkələrin səhiyyə sistemlərini gücləndirməsi imkanları yoxdur. Bu sahədə onlara kömək lazımdır.Marja.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru