"Azərbaycan Ermənistanı bombalasa..." - Erməni generaldan acı etiraf

3-05-2016, 14:32           
"Azərbaycan Ermənistanı bombalasa..." - Erməni generaldan acı etiraf
"Bir daha bildirirəm ki, Ermənistan özünün istehsal etdiyi gizli silaha malikdir və bu silahı Azərbaycana qarşı tətbiq edə bilərik. Ermənistan ordusundakı silah və hərbi texnika barədə məlumatları yayanlar da sirlərimizi faş etməyiblər. Əksinə, onlar silahlarımız barədə konkret heç nə bilmirlər".

Ermənistanın tanınmış hərbçisi, general-mayor Arkadi Ter-Tadevosyan "Lragir" qəzetinə verdiyi müsahibəsində belə deyib.

Onun sözlərinə görə, həmin silahdan Azərbaycanın da xəbəri var. Erməni general bu minvalla Ermənistanın "çirkli nüvə bomba"sına malik olduğuna işarə vurub.
Daha sonra o, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların geniş miqyas alacağı, Ermənistanla Azərbaycan arasında müharibə başlayacağı ilə bağlı ehtimalları dəyərləndirib.
"Müharibə ehtimalı artır. Təbii, ola bilər ki, Azərbaycan Ermənistanı vursun. Lakin Azərbaycan Ermənistanı bombalamağa başlayarsa, ölkəmizdə zərər görə biləcək ən bahalı və önəmli obyekt supermarket olacaq. Bizdə Azərbaycanda olduğu kimi neft mədənləri, borular yoxdur. Biz də Azərbaycanın neft obyektlərini vura bilərik", - Ter-Tadevosyan deyib.
Bununla da Ermənistanın müdafiə potensialının və xüsusilə də ölkə iqtisadiyyatının acınacaqlı durumunu etiraf edən general ölkəsində "ən bahalı obyekt supermarketdir" deməklə, Ermənistanın illərdən bəri özünü məruz qoyduğu blokada şəraitində çox gerilədiyinə işarə vurub.
A.Ter-Tadevosyanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar ehtimalı yüksək olsa da, ATƏT-in Minsk Qrupunda həmsədrlər olan ABŞ, Rusiya və Fransa buna imkan verməyəcəklər.(milli.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.