Ermənistan polisi Vedibasar (Ararat) rayonunda silah anbarı aşkarlayıb...
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Zəngibasar (Masis) qəbiristanlığının yaxınlığındakı əraziyə baxış keçirən polis 2 ədəd pulemyot, 1 ədəd patronu olan “Kalaşnikov” avtomatı, 1 ədəd boş magazin, 1 ədəd patron darağı, 26 ədəd patron, 1 ədəd RQD qumbarası və digər döyüş sursatları aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb.