"Bazarstore" mağazalarında DVX yoxlamalar apardı - Nöqsanlarlar aşkarlandı/ 1 milyondan çox vergi borcu / FOTO

Bu gün, 11:36           
"Bazarstore" mağazalarında DVX yoxlamalar apardı - Nöqsanlarlar aşkarlandı/ 1 milyondan çox vergi borcu / FOTO
"Azərsun Holdinq" MMC-nin tərkibində fəaliyyət göstərən "Bazarstore" mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib.

32gun.az-ın əldə etdiyi məlumata görə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, "Bazarstore" MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Nəzarət tədbiri zamanı pul hesablaşması zamanı qanun pozuntusuna yol verildiyi müəyyən olunub.

Əldə olunan digər məlumata görə, şirkətin hazırda 11.917,01 manat məbləğində vergi borcu var.

Qeyd edək ki, "Bazarstore" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.

Gəncə filialında borc daha yüksəkdir

32gun.az-ın əldə etdiyi digər məlumata görə, "Bazarstore"nin Gəncə şəhərində fəaliyyət göstərən filialının ("Gəncə Bazar Store" MMC) isə vergi borcu 1 milyon manatı keçib. Bu borc 1.115.693,34 manat təşkil edir. Məlumata görə, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Gəncə filialında da yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Yoxlama nəticəsində, Pul vəsaitinin uçotdan gizlədilməsi və malların qaimə-fakturasız alınması ilə bağlı 1038 manat, Fiziki şəxslərlə əmək müqaviləsi olmadan işə cəlb edilmə faktına görə isə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Bildirək ki, "Gəncə Bazar Store" MMC-nin qanuni təmsilçisində də dəyişiklik baş verib. Şirkətə əvvəllər rəhbərlik edən Mahmudzadə Mahmud Məmmədəli oğlunu Bəxtiyar Xəlilov Yaqub oğlu əvəz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru