NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini təsdiqləyib

Bu gün, 10:24           
NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini təsdiqləyib
NATO ölkələrinin müdafiə nazirləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində bildirib.

“Bu gün NATO-nun müdafiə rəisləri arasında əla və səmimi müzakirə oldu. Hər kəsə bu görüşlərdə həmişə fəal iştirakına görə təşəkkür etdim: biz həmrəyik və bu birlik həmişə olduğu kimi, bu gün də xüsusilə nəzərə çarpırdı. Ukraynaya gəlincə, biz dəstəyimizi bir daha təsdiqlədik. Prioritet ədalətli, etibarlı və davamlı sülh olaraq qalır”, - admiral yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru