Özçivit ailəsində qalmaqal bitmir - indi də zorakılıq iddiası...

Bu gün, 10:24           
Özçivit ailəsində qalmaqal bitmir - indi də zorakılıq iddiası...
Fahriye Evcen və Burak Özçivitin ailəsində söz-söhbətlər səngimək bilmir.
TEREFQafqazinfo-ya istinadla xəbər verir ki, indi də cütlüyün ailəsində zorakılıq iddiaları səslənir.
Qonşular onların evində dava-dalaş səsləri eşitdiklərini, bir-birilərinə səslərini yüksəltdiklərini bildiriblər. Məlumatlara görə, onların tətili zamanı da mübahisəsi davam edib.
Qeyd edək ki, bir müddət öncə cütlüyün boşandıqlarına dair məlumatlar yayılmışdı. Fahriye Evcenin instaqram profilindən “Özçivit” soyadını çıxarması boşanma şayiələrinə səbəb olmuşdu.
Onun ərinin soyadını yenidən profilinə əlavə etməsi, bunun ardınca sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşması pərəstişkarları tərəfindən “hər şey yaxşıdır” mesajı kimi şərh edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru