"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə

Bu gün, 11:23           
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Son zamanlar sosial mediada “Daltonlar” kimi tanınan cinayət təşkilatına qarşı 1676 səhifəlik ittiham aktı hazırlanıb. Sənəddə qeyd olunur ki, dəstə, əsasən TikTok olmaqla sosial mediada tez-tez video paylaşaraq liderləri Beratcan Gökdemiri “İstanbulun səfiri, küçələrin hakimi” kimi şüarlarla təbliğ edib və bununla da xüsusilə cinayətə meyilli gəncləri cəlb edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, təşkilat üzvlərinin əsasən maddi durumu zəif və ailə həyatı qaydasında olmayan şəxslər arasından seçildiyi, lüks avtomobillərlə sadiqliklərini gücləndirildiyi və onların vasitəsilə yeni gənclərin də dəstəyə cəlb olunduğu bildirilib.

İttiham aktında gənc üzvlərin “kamikadze dronu” kimi heç bir fərq qoymadan silahlı hücumlarda istifadə edildiyi, futbol azarkeş qruplarında da təşkilatın adını yaymağa çalışdıqları vurğulanır. Əməliyyatlarda əsasən motosikletli hücum qrupları iştirak edib, buradakı rollar “motosikletçi”, “atıcı” və “joker” kimi təsnif olunub.

Hazırda xaricdə qaçaq vəziyyətdə olan Beratcan Gökdemir təşkilata rəhbərlik edir və üzvlər onun adına mahnılarla sosial mediada təbliğat aparırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru