UEFA Çempionlar Liqası: "Fənərbağça" "Benfika" ilə bacarmadı

Bu gün, 11:57           
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Benfika" ilə bacarmadı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib.

Türkiyənin "Fənərbağça" klubu öz meydanında "Benfika"nı qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. 71-ci dəqiqədə qonaqlar azlıqda qalsalar da, bu, nəticəyə təsir etməyib - 0:0.

"Seltik" - "Kayrat" oyunu da qolsuz bərabərliklə başa çatıb - 0:0.

"Bazel" - "Kopenhagen" matçında qalib müəyyənləşməsə də, tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

"Budyo Qlimt" isə doğma azarkeşləri önündə "Ştrum Qrats"ı darmadağın edib - 5:0.

Qeyd edək ki, cavab görüşləri avqustun 26-27-də keçiriləcək.

20 avqust, 08:30

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə dörd görüş keçiriləcək.

Belə ki, "Bazel" "Kopenhagen"i, "Budyo Qlimt" "Ştrum Qraz"ı, "Seltik" "Kayrat"ı, "Fənərbağça" isə "Benfika"nı qəbul edəcək.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

20 avqust

UEFA Çempionlar Liqası

Pley-off

Saat 23:00, "Bazel" - "Kopenhagen";

Saat 23:00, "Budyo Qlimt" - "Ştrum Qraz";

Saat 23:00, "Seltik" - "Kayrat";

Saat 23:00, "Fənərbağça" - "Benfika".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru