Putin bunu etsə, Tramp hərəkətə keçəcək – Politiko

Bu gün, 10:06           
Putin bunu etsə, Tramp hərəkətə keçəcək – Politiko
Avropa Birliyi liderləri ABŞ ilə Rusiya arasında aparılan sülh danışıqlarının uğursuz olacağını gözləyir və bu prosesi Trampın Putinin səmimi olmadığını anlaması üçün fürsət kimi görür.

Bu barədə “Politiko” qəzeti yazıb.

“Avropa liderləri hesab edir ki, danışıqlar davam etməlidir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını özü dərk etsin. Avropanın planı Trampa dəstək göstərmək, onu tərifləmək və güzəştə getməkdir ki, o, nəticədə Putinin blef etdiyini başa düşsün”, – məqalədə qeyd olunur.

Avropalı diplomatlardan biri isə nəşrə bildirib ki, əgər Putin müharibəni bitirmək istəmədiyini açıq şəkildə göstərsə, bu, Trampı hərəkətə keçməyə məcbur edəcək və Rusiyaya qarşı sanksiyaların artırılması üçün arqumentləri gücləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru