Ukrayna Rusiya ilə sülhü müzakirə etmək üçün şərtini açıqladı

Bu gün, 09:06           
Ukrayna Rusiya ilə sülhü müzakirə etmək üçün şərtini açıqladı
"Ukrayna hakimiyyəti təhlükəsizlik təminatları əldə etməyənədək Rusiya ilə hər hansı sülh məsələsini müzakirə etməyin mənasını görmür".

Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva "Rada" telekanalının efirində səsləndirib.

"Təhlükəsizlik təminatları olmadan və həmin təminatların nə olduğunu dəqiq anlamadan, davamlı sülhün bərqərar edilməsi üzrə danışıqlar çərçivəsində başqa məsələləri müzakirə etməyin mənası yoxdur", - Jovkva bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün təminatlar həm hərbi, həm də siyasi xarakter daşımalıdır. Bunlara ordunun hazırkı sayının saxlanılması və ölkənin Avropa İttifaqına üzvlüyü daxildir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru