Haqsız mövqe ayaq tutar, yeriməz...
Bu gün, 10:08

15.08. 2025 tarixdə Alyaskada Tramp və Putin görüşündən 3 gün sonra, ardınca Vaşinqtonda Tramp, Zelenski və Avropa liderləri görüşdülər. Və bütün görüşlər Ukrayna böhranı ilə bağlıdır. Bu iki, Alyaska və Vaşinqton görüşlərindən bir neçə mühüm nəticə hasil oldu, Ukrayna üçün:
🔹Ukrayna-Rusuya konflikti ətrafında, xüsusilə də ABŞ və Avropanın arasındakı fikir ayrılığına son qoyuldu. Bununla da bütün Qərb Ukraynanı müdafiə barədə koalisiyadadır. Bu da, Yaponiya və Avstraliya da daxil olmaqla 30-dan çox ABŞ, Avropa, NATO güclü, inkişaflı dövlətlər birliyidir.
🔹Bu inkişaflı və imkanlı ölkələr koalisiyasının Ukraynanın Rusiyadan təhlükəsizliyi zəmanəti və təminatı qərarı verildi. Və bunun mexanizmi, hazırlığı üçün xüsusi ölkələr komissiyası ayrıldı.
🔹Ukraynaya zəmanət NATO nizamnaməsinin beşinci maddəsinin oxşar versiyadıdır. Yəni ki, zəmanətdən sonra Ukraynaya edilən hər hansı hücum, zəmanəti vermiş 30 ölkəyə hücum kimi qiymətləndirilib, buna müvafiq tədbir görüləcək.
🔹Təhlükəsizlik zəmanətinə 4 element daxildir: - hava hücumundan müdafiə, "Patriotlar" və sair (Rusiya hava hücumları effekti sıfıra endirilir),
- Ukraynanı güclü olaraq silahlandırma (bunun üçün 100+50+əlavə milyard dollar ayrılması).
- Ukraynada Qərbin hərbi mövcudluğu. (Əsasən Avropa ölkələri hərbi kontingent göndərəcək).
- Atəşkəs rejiminə nəzarət, lazımi monitorinqlər.
🔹Zelenski ilə Putin görüşünün razılaşdırılması, daha sonra Tramp-Zelenski-Putin görüşü planı. Bu məsələdə Zelenskinin, "ərazi mübadiləsnə" gedəcəyi deyilir. Bu əsla ərazidən imtina demək deyil, eyni qədər ərazilərdən qoşunları qarşılıqlı çəkib, müəyyən dövrə kimi, atəşkəs durumudur.
🔹Rusiyanın nəzarətində qalan torpaqlar rəsmi Ukraynanınkı kimi qalır, zamanında isə, sülh, ya hərbi yolla Ukraynaya qayıdır. Necə Azərbaycan və Ermənistan arasında atəşkəs oldu, müəyyən zaman gəldi, Azərbaycan güclənib geri götürdü. Bu qədər çox dəstəklə Ukrayna tez geri götürər.
🔹Rusiya, Putin artıq, Ukraynanın təhlükəsizliyi üçün Qərbin dəstək və iştirakı ilə razılaşıb, həm də Zelenski ilə şəxsən ikilikdə görüşməyə tam razıdır. Əvvəllərsə, bu halları qəti qəbul etmirdi.
Bütün bu gedişat nəyi göstərir? Konkret deyək: Ukrayna mövqeyinin durmadan güclənməsini, Rusiya mövqeyininsə durmadan zəifləməsini.
"Haqsız, ədalətsiz mövqe ayaq tutar, yeriməz".
İlqar Altay.