Milyon kilometrlik avtomobillər: Ən çox və ən az sürülən 10 model

Bu gün, 09:02           
Milyon kilometrlik avtomobillər: Ən çox və ən az sürülən 10 model
Müasir etibarlı avtomobillər heç bir çətinlik olmadan 300 min kilometrdən çox məsafə qət edə bilir. Bəzi modellər isə bu həddi daha sürətlə aşır.

Valyuta.az xəbər verir ki, "iSeeCars" şirkəti tərəfindən aparılan araşdırma nəticəsində sahiblərinin ən çox istifadə etdiyi avtomobillər müəyyən olunub. Eyni zamanda mütəxəssislər hansı modellərin daha çox qarajda saxlanıldığını, yollarda isə az göründüyünü də açıqlayıblar.

Sahiblərinin ən çox sürdüyü 10 avtomobil:

1. "Chrysler Pacifica"
2. "Chrysler Voyager"
3. "Chrysler Pacifica Hybrid"
4. "Chevrolet Malibu"
5. "Chevrolet Suburban"
6. "Nissan Armada"
7. "Ford Mustang Convertible"
8. "Ford Expedition Max"
9. "GMC Yukon XL"
10. "Kia Carnival"

ABŞ-da xüsusilə "Chrysler Pacifica" ailələr üçün ən populyar modellərdən biri olaraq qalır. Statistikaya görə, onun sahibləri ildə orta hesabla 33 600 kilometr yol qət edir ki, bu da ümumi göstəricidən 1,7 dəfə çoxdur.

Sahiblərinin ən az sürdüyü 10 avtomobil:

1. "Mazda MX-5 Miata"
2. "GMC Hummer EV"
3. "Mazda MX-5 Miata RF"
4. "MINI Hardtop EV"
5. "Mazda MX-30 EV"
6. "MINI Convertible"
7. "Jeep Grand Cherokee plug-in hybrid"
8. "Ford Mustang"
9. "MINI Hardtop"
10. "Ford F-150 Lightning"

Mütəxəssislərin sözlərinə görə, "Mazda MX-5 Miata" öz seqmentində ən populyar modellərdən biri olsa da, sahibləri onunla ildə orta hesabla cəmi 8160 kilometr sürür. Bu isə onu ən az istifadə olunan avtomobillər siyahısının liderinə çevirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru