Bu da oldu!!!! Dənizi satışa çıxartdılar... VİDEO

Bu gün, 08:14           
Bu da oldu!!!! Dənizi satışa çıxartdılar...  VİDEO
Sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxs Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıb.

Bəs çimərlik ərazisinin alqı-satqısı qanunidirmi?

TEREF Baku tv-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, heç bir halda dənizkənarı ərazi satıla bilməz:

"Dənizkənarı ərazilərdə mövcud olan torpaq sahələri müvafiq dövlət qurumlarından icarəyə götürülərək istifadə hüququ formalaşır və həmin ərazilərdə mövsümi olaraq müəyyən biznes xarakterli işlərin qurulması mümkündür. Lakin həmin ərazinin digər şəxslərə satılması qanunvericiliyə əsasən qadağandır".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş yalnız qanunla təsdiqlənmiş şəxsi mülkiyyətini satışa çıxara bilər:

"Ümumi istifadəyə aid sahələr, xüsusilə dənizkənarı zolaq dövlətin balansındadır və satıla bilməz".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru