Pivə içən kişilərə PİS XƏBƏR: Uzun müddət istifadədən sonra qadın xarakterli OLURLAR

17-07-2022, 00:06           
Pivə içən kişilərə PİS XƏBƏR:
“Pivə içən kişilər bir müddət sonra qadın xarakterli olurlar”.

Bunu Rusiya Səhiyyə Nazirliyinin baş sərbəst psixiatrı və narkoloqu Yevgeni Bryun deyir. O bildirib ki, pivə içən kişilər uzun müddət istifadədən sonra özlərini qadın kimi hiss edirlər.

“Pivə içən kişilər özlərini hormonal sahəyə yükləyirlər və uzun müddət istifadə etdikdən sonra qadınların gördüyü işlərə meylli olurlar”, – narkoloq vurğulayıb.

Həkim pivəni isti havalarda içməyi məsləhət görmür.

“Bu spirtli içkini istidə ümumiyyətlə içmək olmaz. Çünki pivə təravətləndirmir və bədəndəki su balansını bərpa etməyə kömək etmir. Əksinə, spirt termoregulyasiyanı pozur və istilik vuruşu riskini artırır. Ən yaxşısı susuzluğunuzu mineral qazsız su ilə yatırtmaqdır”, – deyə narkoloq məsləhət görüb. \\KONKRET.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru