Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

17-07-2022, 08:58           
Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb
İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb.

“Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” - Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub. (Mənbə: Unian)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru