Haqqında film və seriallar çəkilən "Godfather" ələ keçirildi - FOTO

17-07-2022, 09:05           
Haqqında film və seriallar çəkilən "Godfather" ələ keçirildi - FOTO
Dünyanın ən böyük narkotik kartellərindən birinin qurucusu olan Rafael Karo-Kintero ələ keçirilib.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, o, Meksikada təşkil edilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onu meşəlik ərazidə “Max” adlı xüsusi polis iti aşkar edib.
Xatırladaq ki, Karo-Kintero 1985-ci ildə amerikalı gizli agent Enrike 'Kiki' Kamarenanı işgəncə ilə öldürməkdə ittiham edilib. O, həm Meksikanın, həm də ABŞ-ın “ən çox axtarılanlar” siyahısının ilk 10-luğunda yer alıb. Federal Təhqiqat Bürosu (FTB) ona “Godfather” ləqəbini qoyub. FTB kartel liderinin ələ keçirilməsi üçün tarixindəki ən yüksək rəqəmlərdən birini elan edib – Karo-Kinteronun başına 20 milyon dollar mükafat qoyulub.
Məşhur “Narcos: Meksika və narkotika müharibələri: Kamarena hekayəsi” serialı onun haqqındadır. Narkotik şəbəkələrlə bağlı bir çox filmdə də Karo-Kinteronun həyatından izlər daşıyan obrazlara rast gəlmək olur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru