Erməni hərbi qulluqçunun anası: “Beş nəfər olublar, amma heç biri sağ çıxmayıb, PUA gözlənilməz zərbə vurub”

25-07-2022, 11:56           
Erməni hərbi qulluqçunun anası:
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri də Harutyun Harutyunyan olub. Ordu.az xəbər verir ki, Harutyunyanlar ailəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kəndindəndir.

Harutyun Harutyunyan 15 oktyabr 2020-ci ildə məhv edilib.

Harutyunyan itkin düşdüyü üçün səkkiz ay axtarışda olub, onun haqqında heç bir məlumat olmayıb, amma sonda qalıqları tapılıb.

Erməni hərbi qulluqçunu qardaşı Hovik tanıyıb.

“Qardaşımı dişindən və qolundakı köhnə sınıq izindən tanıdım. Çox adam deyirdi ki, o olmaya bilər, amma bilirdim ki, son zamanlarda dişinin biri qırılıb və ona baxanda qardaşım olduğunu başa düşdüm”, - deyə erməni hərbi qulluqçunun qardaşı qeyd edib.

“Beş nəfər olublar, amma nə beş nəfərdən biri sağ çıxıb, nə də yaralıya kömək edə biliblər. Deyirlər PUA gözlənilməz zərbə vurub”, - deyə erməni hərbi qulluqçunun anası Vera Harutyunyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru