Fransada çay paketlərində yüzlərlə həşəratın DNT-si aşkarlandı

26-07-2022, 12:14           
Fransada çay paketlərində yüzlərlə həşəratın DNT-si aşkarlandı
Trir Universitetinin genetikləri çay paketlərində həşərat qalıqları aşkar ediblər. Alimlərin işi “Biology Letters” jurnalında dərc olunub.


Alimlər çayın qara, yaşıl, nanə və çobanyastığı da daxil olmaqla bir neçə növünü tədqiq ediblər. Genetiklər xüsusi DNT analizindən istifadə edərək çay paketlərindəki yarpaqlarda yad DNT-nin ən kiçik qalıqlarının olub-olmadığını yoxlayıblar. Ümumilikdə təcrübə zamanı 1200-dən çox buğumayaqlının izləri müəyyən edilib.

Məsələn, nanə çayında ABŞ-ın Sakit okean şimal-qərb bölgəsindən həşərat DNT-si, yaşıl çayda isə Şərqi Asiyadan olan buğumayaqlıların DNT-si tapılıb.

Alimlərin fikrincə, həşərat DNT-si çay yarpağının yalnız 0,1%-ni təşkil edir, digər 99,9%-i isə bitki DNT-sidir. Alimlərin fikrincə, çayda həşərat qalıqlarının olması yarpaqlarda pestisidlərin olmamasından xəbər verir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru