Həbsi xəbəri yayılan Beyləqanın icra başçısı ilə bağlı AÇIQLAMA - "İcra başçısı öz otağındadır..."

27-07-2022, 11:12           
Həbsi xəbəri yayılan Beyləqanın icra başçısı ilə bağlı AÇIQLAMA - "İcra başçısı öz otağındadır..."
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin hüquq mühafizə orqanları tərəfindən saxlanılması xəbəri tamamilə yalandır.

Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Beyləqan RİH-nin İnformasiya İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Kənan Allahverdiyev deyib.

“Yayılan xəbərlər əsassızdır. İcra başçısı öz otağındadır. Hazırda qəbul gedir”, - K.Allahverdiyev bildirib.

Qeyd: Mətbuatda yayılan məlumatlara görə, icra başçısı Asif Ağayev ötən həftənin şənbə günü hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb, lakin 48 saat sonra barəsində başqa yerə getməmək haqqında qətiimkan tədbiri seçilərək buraxılıb. İcra başçısının saxlanılmasına əsas səbəb isə mənimsəmə və ya israf etmə, təqsirkara etibar edilmiş özgə əmlakını küllü miqdarda təkrarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru