Elşən Xəzər “Təbrizin sehrli nağılları” ilə şəklini mintaj adlandırdı...

27-07-2022, 17:51           
Elşən Xəzər “Təbrizin sehrli nağılları” ilə şəklini mintaj adlandırdı...
Tanınmış meyxanaçı Elşən Xəzərin “Təbrizin sehrli nağılları” kitabı ilə sosial şəbəkədə fotosunun yayılmasına münasibət bildirib.

TEREF.AZ xəbər verir ki, teleqraf.com-a açıqlamasında o, fotonun montaj olduğunu vurğulayıb: “Mən "Təbrizin sehrli nağılları” kitabından xəbərdar deyiləm. Kitab nədən bəhs edir?! Yaxın günlərdə Bakıda da olmamışam, rayonlarda toy mərasimlərində idim. Belə bir kitabı tanımıram, görməmişəm. Montaj ediblər. Bu, siyasi məsələdirsə, siyasətə qarışmıram. Mənim barəmdə o qədər böhtan yazıblar ki..."

Qeyd edək ki, yaxın günlərdə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” adlı kitabı oxuduğunu və buradan Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox məlumat əldə etdiyini yazıb. Bu, trendə çevrilib və bir çox insanlar kitabla fotolarını paylaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru