Krım körpüsünün məhvi USQ üçün hansı perspektivləri açar? - Ekspert danışır

6-08-2022, 08:54           
Krım körpüsünün məhvi USQ üçün hansı perspektivləri açar? -
Ukrayna ordusu üçün uzaq mənzilli raketlərin alınmasından sonra «bir nömrəli hədəf» Krım körpüsü olmalıdır. Bu, Ukraynanın cənubundakı bütün işğalçıları qidalandıran arteriyadır.

Bu fikri hərbi ekspert Oleq Jdanov Natalya Moseyçukla müsahibəsində səsləndirib.

Jdanovun proqnozuna görə, USQ Krım körpüsünə uğurlu zərbasi halında yarımada adaya çevriləcək.

«O zaman Rusiya ordusu anlayacaq ki, yarımadaya geri çəkilmək tələdir, çünki ondan çıxış yoxdur. O biri tərəfdən, biz, oraya daxil ola bilərik, çünki bu gün Krımda quru qoşunları praktiki olaraq, yoxdur. Ora tranzitdir, aralıq düşərgədir. Krıma nə gerisə, hamısı o saat Ukraynanın materik hissəsinə göndərilir. Krımda hospitallar, arxa bazalar, texnikanı təmir edən təmir-bərpa batalyonları yerləşir. Orada bir də sahil mühafizə ordusu, Qara dəniz donanmasının hissələri və HHM sistemi var. Bundan başqa orada ordu yoxdur» - ekspert danışıb.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.