Vovkun atası qızının zəngi barədə danışıb

23-08-2022, 09:24           
Vovkun atası qızının zəngi barədə danışıb
Bu arada ruslar Daria Duqinin ölümündə şübhəli bilinən Natalya Vovkun atası ilə əlaqə qura biliblər. Ata qızının Baltikyanı ölkələrdən zənglərindən danışıb.

SİA xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Onun sözlərinə görə, üç-dörd il əvvəl onlar şəbəkə vasitəsilə zəngləşiblər və qadın Litvada olduğunu və onunla hər şeyin qaydasında olduğunu deyib. O, qızının Rusiyaya necə getdiyi barədə məlumatsız olduğunu da bildirib.

Qeyd edək ki, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Estoniyadan Vovk ilə bağlı rəsmi məlumat istəməsini təkzib etdi. Onlar qeyd ediblər ki, sərhəddən keçən şəxslərlə bağlı məlumatların dərci yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür.

“Rusiya xüsusi xidmət orqanlarının mediada onları nədəsə ittiham etdiyi vəziyyət onlara şamil edilmir”.

Bunu isə eston departamentindən bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru