Erməni tankçılar Rusiyada belə biabır oldular – VİDEO

23-08-2022, 09:54           
Erməni tankçılar Rusiyada belə biabır oldular – VİDEO
Xəbər verildiyi kimi, Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində səkkizinci “Tank biatlonu” müsabiqəsi keçirilir. Azərbaycanın da yer aldığı müsabiqədə ümumilikdə 22 ölkə təmsil olunur.

Qeyd edək ki, yarışda Ermənistandan olan tankçılar da iştirak edirlər. Beynəlxalq arenalarda tez-tez ağır məğlubiyyətlərlə üzləşən bu ölkə növbət dəfə anti-rekordla yadda qalıb. Belə ki, yarışı babırçı nəticə ilə başa vuran erməni tankçıları döyüş maşınlarının məhv olmasından son anda xilas olublar.

Yarışa istədiyi kimi başlaya bilməyən erməni tankçıları “drift” etmək eşqinə düşsələr də, palçığa qərq olublar. Fəaliyyətini dayandıran tank başqa bir maşının köməkliyi ilə ərazidən uzaqlaşdırılıb. Daha sonra yarış meydançasına geri dönən erməni tankı bu dəfə də Laosdan olan tankçılarla toqquşub.

Ardınca cəza aldıqlarını düşünən ermənilər qadağan olunmuş xəttin üzəri ilə tankı idarə etməyə başlayıblar. Yarışın ortlarında erməni tank heyəti tankın görünüşünü yaxşılaşdırmaq üçün pəncərəni silib və yenidən yola düşüb. Ardınca cərimə raunduna çıxan Ermənistan tankçıları, qısa yoldan hərəkət edərək yarışı erkən bitirmək istəsələr də, bu alınmayıb. Nəticədə onlar ərazidəki yol nişanlarını və maneələri əzərək yolu dağıdıblar.

Finiş xəttinə 42 dəqiqə 48 saniyəyə çatan Ermənistanın tank komandası görüşü sonuncu yerdə başa vuraraq növbəti dəfə “tarixi uğur”a imza atıb.

Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.