Smartfonun batareyasının ömrünü 30%-dək artıran tətbiq yaradılıb

23-08-2022, 11:44           
Smartfonun batareyasının ömrünü 30%-dək artıran tətbiq yaradılıb
Böyük Britaniyanın Esseks Universitetinin mühəndisləri smartfonun batareyasının ömrünü 30%-ə qədər artıran “EOPtomizer” proqramını yaradıblar.

Bu barədə ali təhsil ocağının saytında məlumat verilib.

Layihəyə Universitetin Kompüter Elmləri və Elektron Mühəndisliyi Məktəbindən Amit Sinqh rəhbərlik edib. Tətbiqin hazırlanmasına “Samsung”, “Microsoft” və “HCL Technologies” şirkətlərinin keçmiş əməkdaşları cəlb olunub.

Məlumata görə, “EOPtomizer” tətbiqi smartfonda çipin işini optimallaşdırmaq üçün süni intellekt və maşın öyrənmə texnologiyasından istifadə edir. Tətbiq aşağı sürəti olan proqramlardan istifadə edərkən prosessorun işini məhdudlaşdırmağa və yükü azaltmağa qadirdir.

“Ümid edirik ki, bu proqram istifadəçilərin həyatını yaxşılaşdıracaq, pula qənaət edəcək və ətraf mühitin qorunmasına yardımçı olacaq”, - deyə Sinqh bildirib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru